Tbilisidə “Gürcüstan bankı”nın filialına silahlı basqın olub
2021-04-16 14:04
Tbilisidə “Gürcüstan bankı”nın filialına silahlı basqın olub. Şəxsin neçə nəfəri girov götürdüyü hələ məlum deyil. Polis ətraf ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Yaxınlıqdakı Avlabar metrostansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb. Polis hazırda xüsusi əməliyyat keçirir.
Fərid Mehdiyev