Tarixi, mədəni irsin sahibləri öz torpaqlarına qayıtmalıdır. İSESKO-nun baş direktoru
2020-11-10 16:04
Qarabağda Azərbaycanın məscid və dini mərkəzləri hücuma məruz qalıb. Beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilsə də qarşı tərəf buna məhəl qoymayıb. İSESKO-nun baş direktoru Salem bin Məhəmməd əl-Maliki bildirib ki, tarixi, mədəni irsin sahibləri öz torpaqlarına qayıtmalıdır: “Azərbaycan Qərblə Şərq arasında təhlükəsiz və qürurlu məkandan ibarətdir. Azərbaycanın bir sıra təşəbbüsləri dünya birliyi tərəfindən alqışla qarşılanıb. Sülhün bərqərar edilməsində Azərbaycanın sülh şəraitində yaşamasının çox böyük töhfəsi olacaq”, - deyə Salem bin Məhəmməd əl-Maliki qeyd edib.
Nərgiz Camal