Tarix müəllimi Rəşad Məmmədovun xatirəsinə həsr olunan flaşmob keçirilib
2021-11-03 18:12
Gəncədə Zəfər günü ilə bağlı 14 nömrəli orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və 16 nömrəli orta məktəbin tarix müəllimi Rəşad Məmmədovun xatirəsinə həsr olunan flaşmob keçirilib. 1200-ə yaxın şagird və müəllimin iştirak etdiyi flaşmob şəhərin baş meydanında təşkil edilib. İştirakçılar təyin olunan yerlərdə dayanaraq iki əsgər obrazı və Zəfər sözünü canlı olaraq nümayiş etdiriblər.
Vüsalə camal