Tarif Şurasının növbəti iclasında daha 530 dərman vasitəsinin qiyməti təsdiqlənib
Ümumilikdə, indiyədək Şura tərəfindən 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 1160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1122 dərman vasitəsinin qiyməti bu il dekabrın 1-dən, 1258 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcəkdir.
Vüsalə Camal