Tanınmış kinorejissor və ssenarist, xalq artisti Eldar Quliyev vəfat edib
2021-04-16 12:05
Tanınmış kinorejissor və ssenarist, xalq artisti Eldar Quliyev vəfat edib. Eldar Quliyev məşhur bədii və sənədli filmlərin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Allah rəhmət eləsin!
Nərgiz Camal