Taksi xidmətindən kənarlaşdırılan sükan sahibləri avtobus sürücüsü ola bilərlər
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib. Onun sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olmayan sürücülərin avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var. Təkcə "BakuBus" şirkətinin hazırda 1 000-dən artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər.
Zülfiyyə Telmanqızı