Taksi sürücülərinin narkoloji testə cəlb edilməsinə münasibət bildirilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksi şirkətlərinə sürücülərinin narkoloji testə göndərilməsi barədə xəbərlərə münasibət bildirib. Qeyd olunub ki, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Məlumatda həmçinin vurğulanıb ki, qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq.
Fərid Mehdiyev