Taksi sürücüsü olmaq istəyənlər üçün imtahana qeydiyyat elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 13-də taksi sürücüləri üçün xüsusi hazırlıq imtahanı keçirəcək. Qeydiyyat oktyabrın 17-si saat 12:00-dan 31-i saat 18:00-dək aparılır. Namizədlər DİM-in saytında “Şəxsi kabinet” yaradaraq 35 AZN ödəniş etməli və qeydiyyatdan keçməlidirlər. İmtahan müddəti 1 saatdır və 20 test tapşırığından ibarət olacaq. Hər düzgün cavab 1 balla qiymətləndirilir, 10 və daha çox bal toplayanlar uğurlu sayılır və 7 il etibarlı şəhadətnamə alacaqlar. Namizədlər buraxılış vərəqəsini imtahana 3 gün qalmış DİM-in saytından çap edə bilərlər.