Taksi sürücüləri üçün Gəncədə növbəti imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün dekabrın 17-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində imtahan keçirəcək.Namizədlər noyabrın 20-dən dekabrın 7-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İştirak haqqı 35 manatdır.Namizədlərə 20 test tapşırığı təqdim olunacaq. İmtahanda 10 və daha çox bal toplayan şəxslərə 7 il müddətində etibarlı olan şəhadətnamə veriləcək.
20 noyabr 2026

