Canlı
Taekvondoçularımız Avropa Birinciliyində qızıl medal qazanıblar

Kiprin Larnaka şəhərində keçirilən taekvondo üzrə gənclər arasında Avropa Birinciliyi iki təmsilçimiz üçün uğurlu alınıb. Yarışın ilk günü 45 kq-da döyüşən Bəhruz Quluzadə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Növbəti gündə isə çəkisi 63 kq-a qədər olan idmançıların yarışında Cavad Ağayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ruhəngiz Hacıyeva