Canlı
Taekvando üzrə yığmamız 120 ölkə arasında 5-ci oldu

2018-04-14 / 16:04

Tunisin Hammamet şəhərində gənc taekvondoçular arasında keçirilən dünya birinciliyi başa çatıb. Azərbaycan yığması 120 ölkədən 962 idmançının qatıldığı mundialı 5-ci sırada tamamlayıb. Buna 1 qızıl və 1 gümüş medala sahib olan oğlanlardan ibarət komandamız nail olub. Belə ki, təmsilçilərimizdən 63 kq-da Cavad Ağayev qızıl, 51 kq çəkidə isə Xanoğlan Kərimov yarışda gümüş medala yiyələnib.

Ruhəngiz Hacızadə