Taekvando üzrə milli komandalar İordaniyada toplanış keçəcək
Taekvondo üzrə Azərbaycanın qadın və kişilərdən ibarət milli komandaları təlim-məşq toplanışı üçün İordaniyaya yollanıblar. Hazırlıq prosesi noyabrın 7-dək davam edəcək. Yığma ardınca İordaniyada keçiriləcək Prezident Kubokuna qatılacaq. Yarış noyabrın 9-10-da baş tutacaq.
Lalə Nəsib