Tabor komandirləri arasında yarış keçirilib
2021-11-12 16:12
Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib. Yarışda motoatıcı və dağatıcı tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Sonra praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib. Ən yüksək nəticələr əldə edən zabitlər "Ən yaxşı motoatıcı tabor komandiri" adına layiq görülüblər.
Fərid Mehdiyev