"Təzə soğan" yükündə marixuana aşkarlanıb
Dövlət Gömrük Komitəsinin “Biləsuvar” gömrük postunda İrandan Rusiyaya tranzit qaydada “təzə soğan” yükü aparan nəqliyyat vasitəsində yoxlama zamanı taxta paletlərin alt hissəsində kustar üsulla hazırlanmış saxlanc yeri aşkarlanıb.Oradan gömrük nəzarətindən gizlədilən 80 bağlamada ümumilikdə 25 kiloqram 570 qram qurudulmuş marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.Faktla bağlı araşdırma aparılır.
04 sentyabr 2026

