Təxribat ermənilərə baha başa gəlib, 20-dək ölü, 40-dan çox yaralı
2021-11-17 14:09
Ötən gün dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 20-dək canlı qüvvəsi məhv edilib, 40-dan artıq hərbi qulluqçu yaralanıb. Ermənistan ordusuna məxsus xeyli sayda silah-sursat hərbi qənimət olaraq ələ keçirilib. Bunlar iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, çoxlu sayda tank əleyhinə və əl qumbaraları, patronlar və digər silahlardır.
Vüsalə camal