Təxirə salınmış Azərbaycan birinciliyinin yeni tarixi açıqlanıb
Sentyabrın 12-13-ü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin hərbi qulluqçuları şəhid olmuş, bu səbəbdən ayın 15-16-da keçirilməsi nəzərdə tutulan gənclər arasında ağır atletika üzrə ölkə birinciliyi təxirə salınmışdı. Artıq yarışın yeni tarixi məlum olub. Oktyabrın 1-2-də Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edəcək.