Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb
Azərbaycanda tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti artırılıb. Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişikliləri imzalayıb.Yeni qaydaya əsasən, ehtiyata buraxılan vətəndaşlar 7 gün ərzində hərbi qeydiyyata alınmalıdır. Əvvəllər bu müddət 3 gün idi.Sənədə görə, yaşayış yerini 3 aydan çox dəyişən çağırışçılar və hərbi vəzifəlilər qeydiyyatdan çıxmalı və yeni ünvan üzrə qeydiyyata düşməlidirlər.Həmçinin ehtiyatda olan şəxslərin tibbi müayinəsi dövlət tərəfindən təşkil olunacaq və müəyyən hallarda onlar yenidən hərbi xidmətə çağırıla biləcəklər.
15 aprel 2026

