Tərtərin azad edilmiş ərazilərinə qanunsuz daxil olan şəxslər saxlanılıblar
2020-02-05 18:10
Fevralın 4-də Tərtər polisi azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olan rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də, Orxan Məmmədov və Dağıstan Şahvələdovu saxlayıblar. Bu zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə Bəxtiyar, Orxan və Dağıstan Tərtər rayon məhkəməsinin qərarına əsasən 200 manat miqdarında cərimə ediliblər. Şəhriyar Mahmudov barəsində isə cinayət işi başlanılıb.
Vüsalə Camal