Canlı
Tərtərdə qadını ilan sancıb

Tərtər rayonunda ilansancma hadisəsi baş verib. Laçın rayonundan olan məcburi köckün İradə Hüseynova Əskipara kəndindəki bağında təmizlik işləri aparan zaman zəhərli sürünənin hücumuna məruz qalıb. Hüseynova Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona tibbi yardım göstərilib.

Vüsalə Camal