Tərtərdə mina hadisəsi baş verib
Tərtərin işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində Nicat Novruz oğlu Cabbarov və Rəfail Köçəri oğlu Bayramov xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, ayaqları amputasiya edilib.