Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib. Hadisə Tərtər şəhər 2 saylı orta məktəbin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdlərindən biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şagird xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Rayon prokurorluğunda cinayət işi başlanıb.
Azad Mustafayev