Tərtərdə avtomobil aşıb, ölən var
Tərtərdə İxtiyar Cəfərovun idarə etdiyi "JAC" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.Qəza zamanı avtomobildə olan Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
10 fevral 2026

