Tərtərdə 50 yaşlı şəxs hərbi sursatın partlaması nəticəsində yaralanıb
Tərtər rayonunun Səhlabad kəndində məskunlaşan Laçın rayonundan məcburi köçkün, 50 yaşlı Rizvan Bədəlov hərbi sursatın partlaması nəticəsində yaralanıb. Hadisə onun hasarın kənarına topladığı tullantılar yandırılan zaman baş verib. Rizvan Bədəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Vəfa Şairova