Tərtərdə 24 yaşlı şəxs minaya düşüb
Tərtərin Borsunlu kəndində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdı, müalicəsi xəstəxanada davam etdirilir. Fakt Tərtər rayon prokurorluğunda araşdırılır. DİN-dən verilən məlumata görə, mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.
Nərgiz Camalzadə