Tərtərdə şəhid ailələri və qazilərə mənzil verilib
Tərtərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 25 yeni mənzil verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı beş dəfə genişləndirilib. Müharibədən sonrakı dövrdə onlara 7 300-ə yaxın, ümumilikdə isə ötən illər ərzində 16 mindən çox mənzil və fərdi ev təqdim edilib.
18 mart 2026

