Tərtərdə çoban minaya düşüb
Tərtərdə heyvan otaran şəxs minaya düşüb. Hadisə bu gün səhər saatlarında baş verib. 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Azər Məmmədov sol ayağından xəsarət alıb və xəstəxanaya təxliyə edilib. Sol ayağı baldır oynağı səviyyəsində amputasiya olunan şəxs müalicə üçün Bərdəyə göndərilib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Vüsalə Cənnətova