Tərtər və Goranboyu atəşə tutan düşmənin 4 “Qradı” məhv edilib
2020-11-02 16:00
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur. Müdafiə nazirliyi eləcə də bu gecə saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sisteminin bölmələrimiz tərəfindən məhv edildiyi barədə məlumat yayıb.
Vəfa Şairova