Tərtər rayonunda qaz tənzimləyiciləri, qaz xətləri və avadanlıq zədələnib
2020-09-28 14:06
“Azəriqaz” İstehsalat Birliyində yaradılan Xüsusi Qərargah tərəfindən cəbhə xətti boyu qaz təsərrüfatında hər hansı qəza halları baş verərsə, dərhal aradan qaldırılması üçün texniki vasitələr və işçi qüvvəsi tam hazır vəziyyətə gətirilib. “Azəriqaz”dan verilən məlumata görə, düşmən tərəfinin açdığı atəş nəticəsində Tərtər rayonunda qaz tənzimləyiciləri, qaz xətləri və avadanlıq zədələnib. Bundan başqa döyüşlərin getdiyi vaxtlarda dünən və bu gün təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində qaz təchizatı dayandırılıb.
Nərgiz Camal