Tərtər polisi Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib
2020-12-03 14:05
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib. DİN-dən verilən məlumata görə, kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.
Nərgiz Camal