2020-10-29 15:06
“Tərtər mütəmadi olaraq atəş altındadır. Sentyabrın 27-dən bu günə qədər Tərtərə ümumilikdə 15 500-ə yaxın mərmi düşüb. Bir günə 2280 ədəd mərmi düşdüyü gün olub”. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sözlərinə görə, mərmilərin düşməsi nəticəsində 17 nəfər dinc sakin həlak olub. Onlardan 1-i uşaq, 1-i isə qadındır. 61 nəfər yaralanıb. Yaralıların 51-i artıq öz evlərinə buraxılıb, 10 nəfər isə respublikanın müxtəlif şəhərlərində müalicə alırlar. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına ziyan dəyib. Ümumilikdə 1200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib. İcra başçısı əhalinin böyük əksəriyyətinin Tərtərin kəndlərində 11 ədəd, şəhər ərazisində isə 44042 kvadrat metr böyüklüyündəki sığınacaqda yerləşdirildiyini bildirib.
Nərgiz Camal