Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər

2020-10-10 10:03

Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında keçirilən və 10 saatdan çox davam edən görüşün yekunlarına dair bəyanat qəbul edilib. Bəyanatı ictimaiyyətə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlayıb. Sənəddə bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər bu addımların atılmasını razılaşdırıblar. Bu gün saat 12-dən etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər, ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik