Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər
2020-10-10 12:05
Bu dəqiqələrdən etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub. Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.
Nərgiz Camal