Təmir sexinin işçisi bədbəxt hadisə nəticəsində ölüb
Şabranın Dəvəçi kəndində yerləşən təkər təmiri sexində bədbəxt hadisə baş verib. 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb. Faktı ilə bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.
Vüsalə Cənnətova