Canlı
Təmir etdiyi avtomobil ustanı öldürdü

Xızı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF" markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və avtomobil Novruzovun üstünə düşüb. Nəticədə o, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə