Təlimlərə cəlb edilən qoşunlar tapşırıqları icra edir
2021-05-19 12:11
Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir. Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir. Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.
Fərid Mehdiyev