Təlim zamanı həlak olan pilota 14 il sonra şəhid statusu verilib
2021-03-09 14:12
14 il əvvəl təyyarə qəzası nəticəsində itkin düşən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhid statusu verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, şəhidlik statusu sənədləri polkovnik-leytenantın ailəsinə təqdim olunub. Polkovnik-leytenant Fəxrəddin Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.
Fərid Mehdiyev