Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb
2020-04-01 18:03
Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə “Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb. Platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video.edu.az portalında yerləşdirilib.
Fərid Mehdiyev