Tələbələr üçün dərs ili uzadılıb
2020-03-13 18:03
Ali təhsil müəssisələrində dərslər buraxılış kursları istisna olmaqla, iyunun 13-dək davam edəcək. İmtahan üçün ayrılan həftələrin sayı isə 4-ə endirilərək, 15 iyun-13 iyul tarixlərini əhatə edəcək. Təhsil Nazirliyinin sektor müdiri Əfqan Abdullayevin sözlərinə görə, iyun ayının 15 – dən başlayaraq 6 həftə müddətində yay sesiyası təşkil olunacaq. Yay sesiyası başlanandan sonra məcburi xarakter daşımır. Amma istəyən olarsa yay sessiyası müvafiq universitetlərdə təşkil olunacaq.
Fərid Mehdiyev