Təkrar sertifikasiyada 4 000-ə yaxın müəllim müvafiq keçid balını toplaya bilməyib
İyunun 8-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7296 nəfər iştirak edib. Onlardan 3386-ı keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 3909 müəllim isə keçid balını toplaya bilməyib. Prosesdə iştirak etməyən 402 pedaqoq də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. Onların müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.
Vüsalə Cənnətova