Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
2021-06-23 16:05
Təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməlidirlər. Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər.
Fərid Mehdiyev