Təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək
Əvvəlki illərdə IX və XI sinfi başa vura bilməyən şəxslər üçün eksternat imtahanlarına sənəd qəbulu yekunlaşıb. Bu il 6 mindən çox şəxs imtahanda iştirak üçün müraciət edib. İmtahan yanvarın 31-i saat 11:00-da keçiriləcək. Eksternat təhsili, müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi alma imkanı yaradır.
16 yanvar 2026

