Canlı
Təhsil Nazirliyi payız tətili ilə bağlı açıqlama verib

Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib. 2017-2018-ci dərs ilinin ilk tətili 16-20 noyabr tarixlərində olacaq. Ayın 21-də isə dərslər başlayacaq. Bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili də olacaq. Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

Vəfa Şairova