Təhsil Nazirliyi direktorların işə qəbulu müsabiqəsinə qatılanlara müraciət edib
2020-10-01 12:05
Təhsil Nazirliyi direktorların işə qəbulu müsabiqəsində iştirak etmək istəyən namizədlərə müraciət edib. Ölkədəki mövcud vəziyyət və internetə çıxış imkanlarına məhdudiyyət qoyulması ilə əlaqədar olaraq müsabiqəyə elektron qeydiyyat zamanı problemlə qarşılaşan namizədlərə texniki dəstək göstəriləcək. İnsan resursları şöbəsinin 070 248 19 92 mobil əlaqə nömrəsinə zəng edərək məlumat bildirmək kifayətdir.
Nərgiz Camal