Təhsil Nazirliyi digər tədris dillərində oxuyacaq şagirdlərin valideynlərinə müraciət edib
2021-06-07 16:07
İyunun 13-ü saat 11-dən etibarən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq. Təhsil Nazirliyindən o da bildirilib ki,, 20 iyun saat 18-də rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. 21-30 iyun tarixlərində də müsabiqələrin keçirilməsi planlaşdırılır. 5 iyul saat 11-dən etibarən isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim edən və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçimi prosesinə başlanılacaq.
Vüsalə camal