Təhsil Nazirliyi şagirdin döyülməsi ilə bağlı məsələyə münasibət bildirib
2021-05-19 12:11
Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Məsələ ilə bağlı Təhsil Nazirliyin bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Vüsalə camal