Təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş tədbirlər keçiriləcək
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ölkənin bütün təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunacaq.Elm və Təhsil Nazirliyindən bildirilib ki, noyabrın 6 və 7-də məktəb və digər təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.Bundan başqa, şagird və tələbələrin Zəfər Muzeyinə ekskursiyaları, müxtəlif müsabiqə, sərgi, konsert və idman yarışlarının təşkili nəzərdə tutulur.Tədbirlərin məqsədi Zəfər tarixinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir.
05 noyabr 2026

