Təhsil İnstitutunun rəsmisi: "Alitəhsilli anaların övladları bir sıra istiqamətlər üzrə daha yüksək nəticələr nümayiş etdirir"
İnternetdən hər gün istifadə edən uşaqların nəticələri daha zəifdir. Bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib.“Hazırda Azərbaycanda kütləvi rəqəmsallaşma tam şəkildə təmin edilməyib. Buna görə də proses əsasən pilot layihələr vasitəsilə sınaqdan keçirilir” - o, qeyd edib. Mütəxəssis əlavə edib ki, anaların təhsil səviyyəsi uşaqların nəticələrinə təsir göstərir: “Aparılan təhlillər göstərir ki, alitəhsilli anaların övladları bir sıra istiqamətlər üzrə daha yüksək nəticələr nümayiş etdirir”.
05 may 2026

