Təhlükəli arıqlama məhsulları satan 2 nəfər tutulub
Təhlükəli arıqlama məhsullarının reklamı və satışı ilə məşğul olan 2 nəfər tutulub. 1993-cü il təvəlüldlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsulları satmaları aşkar edilib. Həmin məhsulların tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova