Tədrisin açılması insan təmaslarının artmasına gətirib çıxarır. Baş infeksionist
2021-09-15 18:02
“Tədrisin açılması insan təmaslarının artmasına gətirib çıxarır, bu da yoluxma hallarının artmasına səbəb olur”. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. “Valideynlər uşaqların şikayəti olduğu halda, baş ağrısı, temperatur olduqda onları məktəbə buraxmamalıdır. Hər şey evdən başlayır. “Delta” ştammı yüksək yoluxuculuğu ilə yanaşı, ailədaxili yoluxmalara gətirib çıxarır, yəni ailənin əksər üzvü bu virusa yoluxur” deyə Eyvazov bildirib.
Vüsalə camal