Tədrisdə əyani formaya keçid gözlənilir
2020-11-13 16:07
“Nazirlər Kabinetinin qərarından da görünür ki, növbəti həftələrdə və aylarda sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədrisdə müəyyən hibrid və əyani formaya keçid gözlənilir”. Təhsil Nazirliyindən verilən açıqlamaya görə, dərslərin hibrid keçirilməsi dərs yükünün artırılması demək deyil: “Müəllim nə qədər dərs saatı keçməli idisə, o qədər də dərs keçir. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən müxtəlif təlimatlar hazırlanıb” - deyə məlumatda yer alır.
Vüsalə Camal